Mett Damon kriptovalyuta birjasının siması oldu

Hollivud aktyoru Mett Damon kriptovalyuta birjası Crypto.com ilə reklam müqaviləsi bağlayıb. Bundan sonra aktyor platformanın siması olacaq. M.Damonun baş rolda olduğu “Fortune Favors the Brave” (uğur cəsurlara üstünlük verir) reklam çarxı potensial kriptovalyuta istifadəçiləri və investorlar auditoriyasını cəlb etməyi hədəfləyir.

Bloomberg agentliyinin verdiyi məlumata əsasən Crypto.com platforması aktyorun Water.org adlı xeyriyyə layihəsinə 1 milyon dollar ianə edib.

Leave a Reply