Kriptovalyutaların populyarlığının artması ilə, bu aktivləri əldə etməyin üsulları da genişlənib. Hazırda kriptovalyuta alışı üzrə ən populyar üsullar – kriptovalyuta birjaları, mübadilə servisləri, P2P və OTC platformalar, kripto bankomatlar (ATM), mobil tətbiqlər hesab olunur. Bu platformalar istifadəçinin rahatlığına, hüquqi statusuna, təhlükəsizlik dərəcəsinə, KYC tələbləri və komissiya xərclərinə görə fərqlənir. Aşağıdkı cədvəldə alış üsulları üzrə müxtəlif parametrlərin müqayisəsi əks olunub:
| alış üsulları | asanlıq | təhlükəsizlik | komissiya | anonimlik | əlçatanlıq |
|---|---|---|---|---|---|
| Kripto birjalar | yüksək | yüksək | orta | aşağı | yüksək |
| P2P platformalar | orta | orta | aşağı/orta | orta/yüksək | yüksək |
| Kripto ATM-lər | yüksək | orta | yüksək | yüksək | aşağı |
| Mobil tətbiqlər | yüksək | orta | orta | aşağı | yüksək |
| OTC platformalar | orta | yüksək | aşağı | aşağı | orta |
Yeni başlayanlar üçün kriptovalyutaları almağın ən optimal üsulu kriptovalyuta birjasıdır. Birjalar daha funksionaldır, ticarət olunan valyuta cütlüklərinin sayı çoxdu və komissiya xərcləri daha sərfəlidir. Ancaq bu platformalarda anonimliyi qorumaq mümkün deyil — KYC yoxlama prosedurundan məcburi keçməlisiniz. Anonim qalmaq istəyənlər üçün kimliyin yoxlanılmasını tələb etməyən P2P platformaları və ya kripto bankomatlar (ATM) vasitəsilə kriptovalyuta ala bilərlər. Bununla belə, fırıldaqçılıq sxemləri və “çirkli” kriptovalyuta əldə etmək ehtimalı da daxil olmaqla təhlükəsizlik risklərini qəbul etməlidirlər.
Müəllif: Elnur Quliyev
