Kriptovalyuta almaq üçün mübadilə servisləri

      Kriptovalyuta sahibi olan istənilən şəxs kriptovalyuta birjası və ya mübadilə servisi ilə işləməyə məcburdur. Çünki rəqəmsal aktivlərin alqı-satqısı və nağdlaşdıırılması yalnız birjalar və ya mübadilə servisləri vasitəsilə aparılır. Kriptovalyuta birjalarından fərqli olaraq mübadilə servisləri rəqəmsal aktivlərini daha tez dəyişmək istəyən adi istifadəçilər üçün nəzərdə tutulub. Mübadilə servislərində əməliyyat aparmaq üçün qeydiyyatdan keçmək və ya hər hansı sənəd yükləmək tələb olunmur ki, bu da mübadilə prosesi zamanı istifadəçilərin işini daha da asanlaşdırır. Bu servislər bir-birindən mübadilə olunan kriptovalyutaların sayı, komissiya haqqı, MasterCard/Visa kartları ilə mədaxil-məxaric imkanı, istifadə edilən elektron cüzdanların müxtəlifliyi ilə fərqlənir.

Mübadilə servisini seçərkən 3 əsas kriteriyaya diqqət yetirmək lazımdır:

  1. Servisin reputasiyası – Kriptovalyuta sektorunda müşahidə olunan və getdikcə artan fırldaqçılıq hallarını nəzərə alsaq mübadilə servisnin reputasiyası çox önəmli faktordu. Əməliyyat aparmazdan əvvəl həmin servisin etibarlılıq səviyyəsini yoxlamaq və sosial şəbəkələrdə onun haqqında yazılan rəyləri nəzərədn keçirmək lazımdır.
  2. Servisin mübadilə komissiyası – Birjalardan fərqli olaraq mübadilə servislərində daxili komissiyalar 3-10% aralığında dəyişir.
  3. Mübadilə əməliyyatlarının sürəti – Mübadilə servislərinin birjalardan əsas üstünlüyü mübadilə əməliyyatlarının daha sürətli baş verməsidir. Bu səbəbdən servisin iş cədvəli və əməliyyat üçün lazım olan vaxta diqqət yetirmək lazımdır.

      Hazırda ən populyar və nisbətən daha təhlükəsiz hesab edilən kriptovalyuta mübailə servisləri aşağıdakılardır:

     Bitcoin və ya digər kriptovalyutaların alışı zamanı bəzi mübadilə servisləri birbaşa olaraq MasterCard/Visa kartları ilə valyuta mədaxilini qəbul etməyə bilər. Bu zaman siz Advanced Cash, Perfect Money, Payeer, WebMoney, ePayments, OKPay, Яндекс.Деньги, Capitalist, Qiwi kimi məşhur beynəlxalq elektron cüzdanlarda qabaqcdan qeydiyyatdan keçməklə mübadilə əməliyyatlarını apara bilərsiz. Beynəlxalq elektron cüzdanlarına valyuta mədaxil etmək üçün iki üsul var: bank köçürməsi və MasterCard/Visa kartları ilə. Azərbaycanda mövcud qanunvericiliyə əsasən fiziki şəxslər hüquqi şəxslərə (birjalar, elektron cüzdanlar) birbaşa bank köçürməsi edə bilməz. Odur ki, balans artırılması yalnız beynəlxalq kartlar vasitəsilə mümkündür. Lakin bu zaman nəzərə almalısınız ki, elektron cüzdanlardakı balansı artıqrmaq üçün sizin vergi və mübadilə üçün əlavə komissiya xərcləriniz çıxacaq. Bir çox hallarda bitcoin və ya digər kriptovalyutaları daha aşağı komissiya xərcləri almaq üçün Binance birjasını seçirlər. Lakin bu zaman nəzərə almaq lazımdır ki, bu birjada hesabın artırılması fiat valyuta (usd) ilə mümkün deyil.

Qeyd: 01.01.2017 tarixdən etibarən kriptovalyuta birjaları, mübadilə servisləri və beynəlxalq elektron cüzdanların hesabına yerli bankların verdiyi MasterCard/Visa kartları ilə valyuta mədaxil etdikdə 18% vergi tutulur.

Elnur Quliyev.3.jpg

    Xatırladım ki, mübadilə servislərində kriptovalyutaları təkcə almaq deyil həmçinin eyni qaydada mövcud rəqəmsal aktivlərinizi fiat pullara çevirərək nağdlaşdıra bilərsiniz. Bunun üçün qeydiyyatdan keçdiyiniz elektron cüzdanların xüsusi kartlarını sifariş verməlisiniz. Bu kartlar sifariş olunduğu tarixdən etibarən 14-21 gün ərzində istədiyiniz ünvana çatıdırılır və dəyəri təqribən 8-10 dollar təşkil edir. Kartı əldə etdikdən sonra MasterCard/Visa kartları dəstəkləyən istənilən bankomatda nəğdləşdirə və ya online ödənişlərdə istifadə edə bilərsiniz. Sonda məsləhətim: əgər özünüz müstəqil olaraq mübadilə servisi ilə hər hansı mübadilə əməliyyatı aparmaq istəyirsinizsə tövsiyyə edirəm ki, ilk öncə bunu kiçik məbləğlə edin və dəqiq xərclərinizi hesablayın. Ümid edirəm ki, yuxarda qeyd etdiyim məlumatlar gələcəkdə sizə hər hansı bir formada gərəkli olacaq. Uğurlar!

Müəllif:  Elnur Quliyev

Kriptovalyuta nədir?

Azərbaycanda kriptovalyuta üzrə təlim

Kriptovalyutalara investisiya etmək istəyənlər üçün 7 tövsiyyə

Paxful – bitcoin almaq üçün P2P platforma

Bitcoin haqqında maraqlı faktlar

Elnur Quliyev: Kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edin

Kriptovalyuta bazarı 2018 (video)

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Yanvar 2019

Arb24 TV-də kriptovalyuta müzakirəsi: Dekabr 2018

Elnur Quliyev: Kriptovalyuta sektorunun tənzimlənməsi qaçılmazdır!

Leave a Reply